Ali Məclisin deputatı Teymur Rzayev: “Azərbaycan n...
16:53 22.05.2025
0
0
4
21 may 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə qida zəhərlənməsi şübhəsi ilə 7 nəfər yerləşdirilib.
"Şərq qapısı" xəbər verir ki, mərkəzin həkimi Nəzmin Allahverdiyeva jurnalistlərə açıqlamasında bildirib ki, xəstələr ürəkbulanma, qusma, ishal, qarın ağrısı və ümumi halsızlıq kimi şikayətlərlə daxil olublar. Onların vəziyyəti orta ağır qiymətləndirilib, dərhal simptomatik tibbi yardım göstərilib. Müalicədən sonra pasiyentlər evə buraxılıb.
Araşdırmalar zamanı məlum olub ki, zəhərlənməyə səbəb dönər və şaurma tipli fast-food qidaların istehlakı olub.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən də açıqlama verilib. Agentliyin əməkdaşı Mirfərid Seyidov bildirib ki, qida zəhərlənməsi halları Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yerləşən “Kassap dönər” adlı iaşə obyektində qeydə alınıb.
“Agentliyin əməkdaşları tərəfindən obyektdə müvafiq araşdırmalar aparılıb, şübhəli məhsullardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub. Hazırda analizlər davam etdirilir və nəticələrlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə Mirfərid Seyidov bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
Digər xəbərlər