NAXÇIVAN :

07 Iyun 2026, Bazar

Naxçıvanda I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

...

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib. Həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 5 binada keçirilən imtahanlara, ümumilikdə,1475 abituriyentin buraxılması nəzərdə tutulub. İmtahanın idarə olunmasına 19 rəhbər, 142 nəzarətçi ayrılıb.
Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

Nəşr edilib : 07.06.2026 13:00