Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsa...
12:44 18.06.2025
0
0
0
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq səhiyyə sahəsində aparılan islahatlar çərçivəsində hemodializ xidmətlərinin dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Bu istiqamətdə görülən işlərin davamı olaraq 17 İyun Tibb İşçilərinin Peşə Bayramı münasibətilə Şərur Regional Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şərur Rayon Mərkəzi Xəstəxanasına və Kəngərli Rayon Mərkəzi Xəstəxanasına müasir standartlara cavab verən hemodializ cihazları və hemodializ kresloları təhvil verilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov iştirak edib. O çıxış edərək bildirib ki, müasir tibbi avadanlıqlarla təminat hemodializ xidmətlərinin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır. Səhiyyə sahəsində maddi-texniki bazanın müasirləşdirilməsi istiqamətində görülən işlər qarşıdakı dövrdə də davam etdiriləcək, bütün bölgələrdə tibbi xidmətlərin eyni səviyyədə təşkili təmin olunacaqdır.
Digər xəbərlər