NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda hava limanında oğurluq edən şəxslər saxlanılıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində  qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər – 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar. 
Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10 000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Nəşr edilib : 28.08.2025 10:23