Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq...
21:17 29.04.2025
0
0
0
"Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən elektron xidmətlərin ölkə üzrə vahid sistemlərə inteqrasiyası davam edir. İqtisadiyyat Nazirliyi tərəfindən vətəndaşlara və sahibkarlara, ümumilikdə, 190 xidmət göstərilir, onlardan 110-u elektronlaşdırılıb, nazirlik və onun tabeli qurumları 9 elektron informasiya sisteminə inteqrasiya olunub".
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bu gün keçirilən Hərracların Təşkili Mərkəzinin açılış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, bu inteqrasiya sayəsində vergi orqanlarında məlumatların saxlanılması və emalı prosesi asanlaşıb, eyni zamanda operativ informasiya mübadiləsi təmin edilib. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən tətbiq edilmiş müasir vergi inzibatçılığı nəticəsində 1 yanvar 2023-cü illə müqayisədə 1 aprel 2025-ci il tarixə "Asan imza" sertifikatlarının sayı 2,2 dəfə artaraq 19 min 534-dən 43 min 643-ə çatdırılıb.
Dövlət əmlakının idarə olunması və daşınmaz əmlakın qeydiyyatı sahəsində informasiya texnologiyalarının tətbiqi və elektronlaşdırma istiqamətində mühüm addımlar atıldığını vurğulayan Abbas İsmayılov bildirib ki, 2024-cü il ərzində elektron xidmətlər vasitəsilə daxil olan müraciətlərin sayı 2023-cü illə müqayisədə 4,8 dəfə, 2025-ci ilin ilk 3 ayında isə ötən ilin müvafiq dövrünə nisbətən 40,3 faiz artıb.
Digər xəbərlər