NAXÇIVAN :

19 Iyun 2025, Cümə axşamı

Naxçıvanda daha bir kafenin fəaliyyəti məhdudlaşdırılıb

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 56-cı məhəllədə fəaliyyət göstərən Həsənov Sənan Ərrəhman oğluna məxsus “011” kafesində gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qeydiyyatının olmadığı aşkarlanıb. 
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Nəşr edilib : 18.06.2025 18:25