NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvanda çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkar edilib

...

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Kəngərli rayonu, Xok kəndində fəaliyyət göstərən Abtalıbov Sabir Zakir oğluna məxsus çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkar edilib. Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və təmirə ehtiyacının olduğu aşkarlanıb. Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlik tərəfindən bu kimi halların baş verməməsi məqsədilə bütün qida obyektləri dəfələrlə maarifləndirilmiş və müvafiq göstərişlər verilmişdir. Verilmiş tapşırıqların yerinə yetirilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir və aşkarlanmış nöqsanlarla bağlı zəruri  tədbirlər görüləcəkdir.

Nəşr edilib : 27.08.2025 21:16