NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda baş verən qəzada 2 nəfər xəsarət alıb

...

"Şərq qapısı" xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Babək rayonu Nehrəm qəsəbəsi ərazisində baş verib. Belə ki, 75-CB-211 dövlət nömrə nişanlı "KIA" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəzada sürücü və sərnişin xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Nəşr edilib : 14.09.2025 23:44