NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 20 faizə yaxın artıb

...

Naxçıvan Muxtar Respublikasında 1 may 2025-ci il tarixə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,8 faiz artıb.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, bu dövrdə aktiv vergi ödəyicilərinin sayı 20 min 795 olub. 
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 8,5 faiz artıb və 6 min 44 təşkil edib.

Nəşr edilib : 07.05.2025 17:11