Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində qeydiyyatda olan 389 kəhriz vardır.
"Şərq qapısı" xəbər verir ki, ötən il kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ordubad rayonunda 8, Kəngərli rayonunda 21, Şahbuz rayonunda 1, Naxçıvan şəhərində isə 2 kəhriz olmaqla, ümumilikdə, 32 kəhrizdə cari təmir işləri aparılıb.
Həmin dövrdə 32 kəhrizdə, ümumilikdə, 4161 metr kürə lil və bərk çöküntülərdən təmizlənib, 43 metr uzunluğunda saybənd hörülüb. Bundan əlavə, 3 quyuda çökmüş hissələr bərpa olunub və 2 ədəd yeni quyu qazılıb.
Kəhrizlərin təmir-bərpası işləri cari ildə də aparılır. Belə ki, 2026-cı ilin ötən dövrü ərzində Kəngərli rayonunda 4 kəhrizdə cari təmir işləri başa çatdırılıb, Ordubad rayonunda isə 1 kəhrizdə təmir işləri hazırda davam etdirilir. Bu müddət ərzində 223 metr kürədə lildən təmizləmə işləri aparılıb, 2 metr yeni kürə qazılıb. Həmçinin yanvar ayında 6 metr dərinliyində 1 ədəd quyu qazılıb, 1 yeni quyuda fevral ayından başlayan qazma işləri isə hazırda davam etdirilir.
Digər xəbərlər