NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb

...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən cari ildə də muxtar respublikanın şəhər və rayonlarını əhatə edən genişmiqyaslı “İmmunlaşdırma həftəsi”nə start verilib və aksiya 1 həftə ərzində davam edib. 
"Şərq qapısı" xəbər verir ki, “İmmunlaşdırma həftəsi” çərçivəsində hər hansı səbəbdən peyvənddən kənarda qalan uşaqların müəyyənləşdirilməsi və onların immunizasiyaya cəlb olunması istiqamətində tədbirlər davam etdirilib, prosesə nəzarət məqsədilə müvafiq monitorinqlər aparılıb.
Görülən tədbirlər nəticəsində müxtəlif səbəblərdən peyvənddən kənarda qalan uşaqlar müəyyənləşdirilərək immunizasiyaya cəlb olunub. Ümumilikdə, 290 uşaq peyvəndə cəlb edilərək immunlaşdırılıb.
Həftə çərçivəsində tibb müəssisələrində valideynlər üçün keçirilən görüşlərdə immunlaşdırmanın əhəmiyyəti, peyvəndlərin insan sağlamlığının qorunmasındakı rolu, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınmasında oynadığı mühüm rol barədə ətraflı məlumat verilib.
 “İmmunlaşdırma həftəsi” yoluxucu xəstəliklərdən qorunmanın əsas vasitələrindən biri olan peyvəndləmənin əhəmiyyətinə ictimai diqqətin artırılmasına xidmət edir. İmmunizasiya sayəsində hər il milyonlarla insan difteriya, tetanus, göyöskürək, qızılca, parotit və məxmərək kimi infeksion xəstəliklərdən mühafizə olunur. Bu isə hər il milyonlarla insanı yoluxucu xəstəlikdən, əlillikdən və vaxtsız ölümdən qoruyan ən təsirli səhiyyə tədbirlərindən biridir.

Nəşr edilib : 30.04.2026 20:24