“Air Serbia”nın Belqrad–Bakı reysi Heydər Əliyev B...
20:15 03.05.2026
0
0
0
Dünən və bu gün ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 7 yanğın hadisəsinə çıxış həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, Şərur rayon Günnüt kəndində dağlıq ərazidə, Şahbuz rayon Badamlı qəsəbəsində, Culfa rayon Yaycı, Ərəfsə kəndlərində quru otluq sahələrdə, Gülüstan kəndində zibil poliqonunda, Şərur rayon Arpaçay kəndində həyətyanı sahədə və Babək şəhərində minik avtomobilində yanğın hadisələri baş verib.
Belə ki, Günnüt kəndində yanğın hadisəsi nəticəsində 25 hektar quru otluq sahə, Badamlı qəsəbəsində 50 kvadratmetr quru otluq sahə, Gülüstan kəndində 60 kvadratmetr sahə yanıb, 40 kvadratmetr sahə xilas olunub. Arpaçay kəndində isə 72 kvadratmetr mebel sexi yanğından mühafizə edilib. Babək şəhərində "OKA" markalı minik avtomobilində baş veren yanğın hadisəsi nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.
Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.
Digər xəbərlər