NAXÇIVAN :

03 May 2026, Bazar

Naxçıvanda 2 ayda 58 nəfərə günvurma diaqnozu qoyulub

...

Naxçıvan Muxtar Respublikasında havaların kəskin isti keçməsi nəticəsində günvurma hallarının sayı artıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, cari ilin iyun-iyul aylarında günvurma diaqnozu ilə, ümumilikdə, 58 nəfər tibb müəssisələrinə müraciət edib.

 Mütəxəssislər vətəndaşlara günvurma riskinə qarşı ehtiyatlı olmağı, xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmalarını tövsiyə edirlər.

Qeyd edək ki, günvurma uzun müddət günəş altında qalmaq nəticəsində bədənin temperaturunun normadan artıq qalxması ilə müşayiət olunan və həyati təhlükə yarada bilən vəziyyətdir.

Nəşr edilib : 06.08.2025 09:45