NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvanda 19 ünvanı su basıb

...

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi ərazilərin subasmaya məruz qalması barədə məlumatlar daxil olub.
"Şərq qapısı" xəbər verir ki, daxil olmuş məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri çağırış ünvanlarına cəlb olunub.
Görülmüş işlər nəticəsində Naxçıvan şəhərində su basmış, ümumilikdə, 19 ünvanda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.

Nəşr edilib : 12.09.2025 10:50