Prezident İlham Əliyevin adından Vyetnam Kommunist...
21:56 07.05.2025
0
0
0
NAXÇIVAN :
08 May 2025, Cümə axşamı
Bakıda İçərişəhərdə keçirilən ilk Beynəlxalq xalça festivalında Naxçıvandan olan xalçaçılar da iştirak ediblər. Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova ilə görüşüb festivalla bağlı təəssüratlarını öyrəndik.
Müsahibimiz bildirdi ki, festivalda Kamil Əiyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən iki qədim xalça ilə iştirak edirdik. Bunlar 1850-ci ilə aid olan “Zili”, 1930-cu ilə aid “Dəvəli şəddə” xalçaları idi. Hər ikisi Naxçıvan xalçaçılıq məktəbinin xovsuz xalçalar növünə aiddir: – Yüzlərlə xalçaçılıq nümunələrinin sərgiləndiyi festivala maraq həddindən çox idi. Xalçalarımız üzərində öz əksini tapmış naxış elementləri və o cümlədən rənglərin ahəngi festival iştirakçılarının diqqətini çəkir, onları maraqlandıran suallar verirdilər. Dünyanın məşhur kolleksionerləri də festivalda iştirak edirdi və bizim apardığımız Naxçıvan xalçalarını yüksək qiymətə almaq istəyirdilər. Təbii ki, bu ola bilməzdi. Bununla belə xalçalarımıza kolleksionerlər tərəfindən böyük maraq göstərilməsi bizi xeyli qürurlandırdı. Bu qədim Naxçıvan xalçalarının həm maddi, həm də mənəvi cəhətdən necə qiymətli olduğunun ifadəsidir. Festival iştirakçılarının, eləcə də qonaqların xalçalarımız haqqında məlumat alması, bu qiymətli maddi sərvətlərimizin önündə çoxlu şəkil çəkdirməsi biz xalçaçılarda böyük ruh yüksəkliyi yaradırdı. Arzu edirəm ki, xalça festivalları qədim yurdumuz Naxçıvanda da keçirilsin. Dünyanın bəzəyi sayılan bu qədim yurd yerində xalqımızın yaşam tərzini özündə ehtiva edən xalçalarımızın sərgilənməsi bizi çox sevindirər. Çünki muzeylərlə yanaşı, Naxçıvanın hər bir rayon və kəndində şəxsi kolleksiyalarda çoxlu qədim xalçalarımız saxlanılır.
Aidə İBRAHİMOVA
Digər xəbərlər