İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Tibb Kollecində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib. Tədbir başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Dövlət Universitetinin əməkdaşı Türkanə Əliyeva mövzu ilə bağlı çıxış ediblər. Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Digər xəbərlər