Maliyyə naziri AİB-in Səmərqənd toplantısında Azər...
18:00 03.05.2026
0
0
0
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində məişət texnikası və avadanlıqları mağazasında yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, məlumatla əlaqədar dərhal Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın hadisəsi nəticəsində ümumi sahəsi 209 kvadratmetr olan mağazanın 5 kvadratmetr taxta vitrin hissəsi yanıb.
Digər xəbərlər