NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvan şəhərində keçirilən Bahar festivalı davam edir

...

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Bahar festivalı dördüncü günü ilə tam axarında davam edir.
"Şərq qapısı" xəbər verir ki, bayram tədbirində müxtəlif mədəni proqramlar, musiqili çıxışlar və milli rəqs nümunələri təqdim olunur.
Həmçinin qurulan stendlərdə milli mətbəximizin ləziz təamları, əl işləri və suvenirlər ziyarətçilərə təqdim edilir.
Qeyd edək ki, Bahar festivalı çərçivəsində bu gün axşam saat 19:00-da tanınmış Dj Amalovun konserti baş tutacaq.

Nəşr edilib : 23.03.2026 23:34