NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvan Şəhər İcra Hakimiyyətində “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Şəhər İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətində “Kiberhücumlara qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan MR İdarəsinin Maliyyə bazarı iştirakçılarının hüquqlarının müdafiəsi bölməsinin əməkdaşı Pərviz Babayev mövzu ilə bağlı çıxış edərək kiberhücumların şəxslərə, bizneslərə və təşkilatlara böyük zərər verə biləcək ciddi təhdidlər olduğunu və bu hücumların həssas məlumatların oğurlanmasına, məlumatların məhv edilməsinə və ya sistemlərin pozulmasına səbəb olduğunu, lakin kiberhücumların növləri haqqında məlumatlı olmaq və qabaqlayıcı tədbirlər görməyin bu təhdidlərin qarşısını almağa və kibertəhlükəsizliyi gücləndirməyə köməklik edə biləcəyini bildirmişlər. Həmçinin tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə hazırlanmış sosial videoçarxlar  nümayiş etdirilib.

Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 04.03.2026 16:11