Türk Dövlətləri Təşkilatının Türk dünyasının inkiş...
22:35 21.04.2026
0
0
0
Naxçıvanda yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksinin maddi-texniki bazası gücləndirilir, mövcud imkanlar genişləndirilir.
"Şərq qapısı" xəbər verir ki, kompleksin trenajor sahəsi artıq yeni avadanlıqlarla təchiz olunub. Ümumilikdə, 19 ədəd müxtəlif təyinatlı trenajor aləti quraşdırılıb ki, bu da idmançılar və sağlam həyat tərzini seçən vətəndaşlar üçün daha geniş və funksional məşq imkanları yaradır.
Yeni trenajorlar güc, kardio və funksional məşqləri əhatə edərək bədənin müxtəlif əzələ qruplarının inkişafı, dözümlülüyün artırılması və ümumi fiziki hazırlığın gücləndirilməsinə xidmət edir. Müasir avadanlıqlar effektiv məşq proqramlarının icrası üçün əlverişli şərait yaradır.
Digər xəbərlər