NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvan Muxtar Respublikasında mart ayının 3-nə olan hava proqnozu

...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata əsasən,  mart ayının 3-də Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq yerlərdə arabir yağış yağacağı və duman olacağı ehtimal olunur.
Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır.
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz isə 5+10° isti olacağı gözlənilir

Nəşr edilib : 03.03.2025 11:00