NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub

...

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Nurlan Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində Gömrük işinin təşkili və Ümumi iqtisadiyyat ixtisasları üzrə ali təhsil alıb.
Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə "Naxçıvanbank" ASC-nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.

Nəşr edilib : 27.08.2025 20:19