NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Naxçıvan Musiqi Kollecində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecində “Ətraf mühitin mühafizəsinin hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva  giriş sözü ilə çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsinin rəisi baş ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin əməkdaşı  I dərəcəli hüquqşünas Elvin Hüseynov mövzu ilə bağlı çıxış ediblər. Sonda mövzu ilə bağlı "Azərbaycanın ekoloji siyasəti" adlı videoçarx nümayiş olunub.
Tədbir zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Nəşr edilib : 14.10.2025 14:38