NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Naxçıvan Hərbi Kollecinin əməkdaşları beynəlxalq konfransda sertifikata layiq görülüblər

...

Fevralın 22-dən 26-dək İtalyanın Milan şəhərində 1-ci Avropa Beynəlxalq Elmi Tədqiqat və İnnovasiya Konfransı keçirilib.
"Şərq qapısı" xəbər verir ki, konfransda Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin zabiti mayor Elvin Qurbani “Zəngəzur dəhlizinin Cənubi Qafqazın iqtisadi və strateji arxitekturasına təsiri”, kitabxana müdiri Emelya Süleymanova “Türk dünyasında milli kimlik və təhsil: tarixi və müasir yanaşmalar”, kitabxanaçı Firəngiz Əliyeva “Sosial media və gənclərin psixoloji rifahı: risklər və imkanlar” mövzusunda elmi məqalələrlə onlayın çıxış ediblər.
Konfransın sonunda kollecin əməkdaşları şifahi texniki təqdimatlarına və elmə olan tədqiqat töhfələrinə görə sertifikata layiq görülüblər.

Nəşr edilib : 01.03.2025 14:20