NAXÇIVAN :

04 May 2025, Bazar

Naxçıvan Hərbi Kollecinin əməkdaşı beynəlxalq konfransda çıxış edib

...

Milli Müdafiə Universiteti tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin kitabxana müdiri Emelya Süleymanova respublikamızda kitabxana informasiya sisteminin davamlı inkişafı konteksində 2-4 dekabr 2024-cü il tarixlərində ADA Universitetinin Kitabxana və  İnformasiya Xidmətləri Departamenti və Kitabxana Assosiasiya və İnstitutlarının Beynəlxalq Federasiyasının (İnternational Federation of Library Associations and Institutions) Sənəd Təchizatı və Resurs Paylaşımı komitəsinin (Document Delivery and Resource Sharing Standing Commitee) birgə təşkilatçılığı ilə təşkil olunmuş 18-ci KAİBF Resurs Mübadiləsi və Sənəd Təchizatı Konfransı (18th IFLA İnterlending and Document Supply Conference) tədbirində iştirak edib.

Cənubi Qafqaz regionunda ilk dəfə keçirilən konfransın mövzusu “Qlobaldan lokala: Resursların paylaşımında Müxtəliflik və İnklüzivlik” adlanır. Konfransın keçirilməsində məqsəd rəqəmsal və süni intellekt dövründə resursların paylaşılmasının qlobal kontekstdən yerli kontekstə doğru müxtəliflik və inklüzivlik prizmasından əhəmiyyəti müzakirə olunmuş və müasir yanaşmalar, həm yerli, həm də beynəlxalq təcrübələri paylaşaraq bu sahədə qarşıya çıxan çağırışlar və inkişaf perspektivləri haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Tədbirdə 39 universitet, 23 xarici ölkələrin kitabxana direktorları, 70-ə yaxın akademik və peşəkar mütəxəssisin iştirakı ilə müxtəlif panel müzakirələri, təqdimatlar və canlı ünsiyyət imkanları təşkil olunub.

Qeyd edək ki, konfransda Azərbaycandan ADA Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC KİM), Naxçıvan Dövlət Universitetinin kitabxanasının direktorları iştirak edib.

Həmçinin Milli Müdafiə Universiteti Naxçıvan Hərbi Kollecinin əməkdaşı, dissertant Emelya Süleymanova “Hərbi kollektivdə sosial-psixoloji hadisələr və onların öyrənilməsinin əhəmiyyəti” mövzusunda elmi məqaləsi ilə  29-30 noyabr 2024-cü il tarixlərində Nyu-Yorkda keçirilən 6-cı Beynəlxalq Azadlıq Fənlərarası Tədqiqatlar Konfransında onlayn olaraq məruzə ilə çıxış edib və sertifikata layiq görülüb.

Nəşr edilib : 09.12.2024 17:56