NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Naxçıvan Hərbi Kollecində Novruz və Ramazan bayramları qeyd olunub

...

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində Novruz və Ramazan bayramları münasibətilə “Yurdumuzun Novruz və Ramazan həmrəyliyi” adlı tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik Yaşar Hüseynov çıxış edərək Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kənan Seyidovun və Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülovun bayram təbrikini şəxsi heyətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli çıxışında şəxsi heyəti Novruz və Ramazan bayramları münasibətilə təbrik edib, bayramların tarixi və mənəvi əhəmiyyətindən danışıb.
Sonra bayramlarla əlaqədar videoçarx nümayiş olunub. Milli Müdafiə Universiteti rektorunun əmrinə əsasən şəxsi heyətə Fəxri fərmanlar təqdim edilib.
Tədbirin bədii hissəsində kursantların hazırladıqları musiqi nömrələri, hərbi nümayişlər, bədii qiraətlər, həmçinin Kosa və Keçəl obrazlarının iştirakı ilə kompozisiyalar təqdim olunub. Bayram tonqalı yandırılıb. Kollecin rəisinin əmrinə əsasən şəxsi heyətə Fəxri fərmanlar təqdim olunub.

Nəşr edilib : 21.03.2026 19:43