İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
“NDU ötən il ərzində kadr potensialı və beynəlmiləlləşmə sahəsində də mühüm nailiyyətlər əldə edib. Dünyanın müxtəlif ölkələrindən fərqli ixtisasları əhatə edən 50 əcnəbi professor tədris prosesinə cəlb olunub, 20 əcnəbi tədqiqatçı ilə ortaq elmi tədqiqatlar aparılıb. Əcnəbi tələbələrin qəbul edildiyi ölkələrin sayı 14-dən 22-yə çatıb, 1800-ə yaxın xarici tələbə ilə universitet ölkə üzrə liderlik mövqeyini qoruyub”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində keçirilən media üçün brifinqdə çıxışı zamanı universitetin rektoru Elbrus İsayev deyib.
Rektor qeyd edib ki, son illərdə NDU-da tələbə sayı artıb. 2020-2021-ci tədris ilində 6 008 nəfər dən ibarət olan tələbə kontingenti 2025-2026-cı tədris ilində 11 693 nəfərə çatıb.
Bununla yanaşı, magistratura səviyyəsində 8 yeni ixtisaslaşma üzrə qəbul aparılıb. 2024-2025-ci tədris ilində 1 645 bakalavr, 230 magistrant və 21 rezident məzun olub.
Elbrus İsayev 2025-ci ildə bir sıra yeni mərkəzlərin istifadəyə verilməsindən bəhs edib. Bunlar arasında Süni İntellekt Mərkəzi, Dayanıqlı İnkişaf Mərkəzi, Akademik Yusif Məmmədəliyev adına Tədris-Tədqiqat Mərkəzi, İnnovasiya Mərkəzi, İnkluziv Təhsil Mərkəzi, Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, Ömürboyu Təhsil və Futorologiya Mərkəzi və Konservatoriyada Elektron Filarmoniya (LOLA) Mərkəzinin açılmasını xüsusilə vurğulayıb.
Digər xəbərlər