İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
20 sentyabr 2025-ci il tarixində Qax Dövlət Kukla Teatrının səhnəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı böyük bəstəkar, dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Arşın Mal Alan” tamaşasını böyük uğurla təqdim edib.
Səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmış, milli musiqi irsinin təbliği və iki teatr arasında mədəni əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi baxımından əlamətdar hadisəyə çevrilmişdir. Tədbir çərçivəsində Qax Dövlət Kukla Teatrı ilə Naxçıvan Dövlət Kukla Teatrı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qax Dövlət Kukla Teatrının direktoru əməkdar artist Yusif Abdurahmanov Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədova diplom və xatirə hədiyyəsi təqdim edərək, kollektivə yeni yaradıcılıq uğurları arzulamışdır. Öz növbəsində Səyyad Məmmədov da Qax Dövlət Kukla Teatrına xatirə hədiyyəsini təqdim edərək, qarşılıqlı əməkdaşlığın gələcəkdə daha geniş miqyasda davam edəcəyinə inamını ifadə edib.
Digər xəbərlər