NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

"Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub

...

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsi nəzdində “Naxçıvan Avtomobil Yollarının Yaşıllaşdırılması” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub.
"Şərq qapısı" xəbər verir ki, MMC-nin yaradılmasında əsas məqsəd həm mövcud yaşıllıq sahələrinin qorunması, həm də yeni yaşıllıq sahələrinin artırılmasıdır. Hazırda agentlik tərəfindən işlərə start verilib. Belə ki, təhkim olunan sahələrdə aqrotexniki qulluq göstərilir və müxtəlif növ ağac tingləri əkilir. Avtomobil yollarının torpaq sahəsində qoruyucu meşə zolaqlarının və digər yaşıllıq sahələrinin salınması, bərpası, mühafizəsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ümumilikdə,230 hektar ərazidə yaşıllaşdırma tədbirləri həyata keçiriləcək.

Nəşr edilib : 24.02.2026 18:41