NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

Muzeylərdə təcrübələr davam edir

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə tələbələrə təcrübələr keçirilir.
Təcrübə müddətində Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının tələbələri  Naxçıvan şəhərində yerləşən bir sıra muzeylərdə olublar. 
Təcrübə zamanı  yüksək muzey xidmətinin göstərilməsi, uçot mühafizə işinin aparılması qaydaları tələbələrin diqqətinə çatdırılıb
Əlavə olaraq muzeylərdə nümayiş olunan, xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirən eksponatlar, Naxçıvan torpağının yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təcrübə aprel ayının 4-dək davam edəcək.

Nəşr edilib : 10.03.2025 13:34