NAXÇIVAN :

29 Aprel 2025, Çərşənbə axşamı

Muxtar respublikanın İqtisadiyyat Nazirliyində istifadə edilən rəqəmsal yeniliklər təqdim olunub

...

"Naxçıvanın İqtisadiyyat Nazirliyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində tətbiq edilən “DocNet” Elektron Sənəd Dövriyyəsi Sistemi yenilənərək 1-ci nəsildən 5-ci nəslə yüksəldilib, nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeli qurumları “DOCNET” elektron sənəd dövriyyəsi sisteminə inteqrasiya olunub. Bu sistem digər informasiya resurslarına inteqrasiya imkanları yaradacaq. İP telefoniya sisteminin qurulması başa çatdırılıb". 
“Şərq qapısı” xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov bu gün keçirilən Hərracların Təşkili Mərkəzinin açılış mərasimində deyib.
Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin formalaşdırdığı 3 mühüm informasiya sisteminə inteqrasiya olunub, 5 informasiya sisteminə  inteqrasiya istiqamətində işlər davam etdirilir. Həmçinin  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminə (AVİS-1 və AVİS-2)  tam inteqrasiya olunub.

Nəşr edilib : 29.04.2025 15:17