Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademi...
21:47 06.06.2025
0
0
0
Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun və rahat şəraitdə həyata keçirilməsi məqsədilə muxtar respublika üzrə 8 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, ondan 4-ü müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş səyyar heyvan kəsimi çadırlarıdır. Digər 6 ünvanda həm kəsim, həm satış, 1-də yalnız heyvan kəsimi xidmətləri, 1-də isə yalnız diri heyvanların satışı təklif olunub. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim edilir.
Vətəndaşlar bu gün və sabah saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün xidmətlərdən istifadə edə bilərlər.
Digər xəbərlər