NAXÇIVAN :

07 Iyun 2025, Şənbə

Baş nazir: Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələr daha da möhkəmlənir

...

Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələr üçtərəfli formatda inkişaf edir və daha da möhkəmlənir. Ötən il bu istiqamətdə çox mühüm işlər görülüb, bir sıra yüksək səviyyəli vacib səfərlər, görüşlər həyata keçirilib. Görülən işlər və atılan addımlar, həyata keçirilən layihələr ikitərəfkli və üçtərəfli formatda əlaqələrimizi daha möhkəmləndirir, inkişaf etdirir”.
"Şərq qapısı" xəbər verir ki, bu fikirlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesbatda əksini tapıb. Bildirilir ki, Türkiyə və Azərbaycan ilə tərəfdaşlıq regional strateji əhəmiyyətə malik mövcud layihələrlə daha da dərinləşir.
Bundan başqa, üçtərəfli format çərçivəsində parlamentlərin xarici əlaqələr komitələrinin görüşləri, o cümlədən mütəmadi olaraq müdafiə nazirlərinin görüşləri keçirilir.
Hesabatda Gürcüstanın Türkiyə, Azərbaycan ilə yanaşı Ermənistanla da münasibətlərinə yer verilib.
Sənəddə vurğulanıb ki, hesabat dövründə həm Gürcüstandan Ermənistana, Azərbaycana və Türkiyəyə, həm də qonşu ölkələrdən Gürcüstana səfərlərin sayı artıb.
Qeyd olunub ki, yüksək səviyyəli səfərlər çərçivəsində Gürcüstanın Ermənistan və Azərbaycanla dövlət sərhədinin delimitasiya-demarkasiyası məsələsi də müzakirə olunub.
Qeyd edək ki, İ.Kobaxdize iyunun 27-də parlamentdə hökumət proqramının həyata keçirilməsi üzrə illik hesabatı təqdim edəcək.

Nəşr edilib : 06.06.2025 21:09