Türk Dövlətləri Təşkilatının Türk dünyasının inkiş...
22:35 21.04.2026
0
0
0
"Molla Nəsrəddin" jurnalının yaradılmasının 120-ci ildönümünə həsr olunmuş "Molla Nəsrəddin" satirik mətbuatın zirvəsi-120" mövzusunda tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən tədbiri giriş sözü ilə Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova açaraq Cəlil Məmmədquluzadənin əbədiyaşar yaradıcılıq yolundan bəhs edib.
Qeyd olunub ki, ədibin həyat və yaradıcılığı muzeydə geniş şəkildə təbliğ olunur.
Yubiley münasibətilə Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Aytən Ələkbərova, AMEA Naxçıvan Bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri QSC-nin Radio Verilişləri Redaksiyasının redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov, Naxçıvan Dövlət Universiteti Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi Gülay Tahirli, Cəlil Məmmədquluzadənin ev-muzeyinin kiçik elmi işçisi Nəsrin Qurbanlı, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin ekskursiyaçısı Turanə Əkbərova çıxış ediblər.
Sonda Cəlil Məmmədquluzadəyə həsr olunmuş guşəyə baxış keçirilib.
Digər xəbərlər