Qarabağ Universiteti Türk dünyasında turizmin gələ...
17:06 18.04.2026
0
0
0
Moldovanın nüfuzlu noi.md xəbər portalında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə bağlı məqalə dərcə edilib. “Şərq qapısı” xəbər verir ki, məqalədə mayın 17-22-də Bakının şəhərsalmanın qlobal mərkəzinə çevriləcəyı qeyd olunub. “Burada BMT-nin qlobal təqvimində ən böyük tədbirlərdən biri olan WUF13 keçiriləcək. Moldovanının həmin forumda ölkə şəhərlərinin merlərinin də daxil olduğu nümayəndə heyəti ilə təmsil olunması gözlənilir. Azərbaycan COP-29-da eko-diplomatiyada irəliləyiş əldə etdi. May ayında Azərbaycanın paytaxtı şəhərlərin gələcəyi ilə bağlı müzakirələr və təkliflər meydanına çevriləcək, mənzillərin əlçatanlığı və davamlı şəhər infrastrukturunun inkişafı kimi əsas mövzulara diqqət yetiriləcək”, - deyə məqalədə vurğulanıb. Qeyd edilib ki, COP29 təcrübəsi Azərbaycanın ən yüksək səviyyədə beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmək qabiliyyətini nümayiş etdirib:”Bakıda keçirilən COP29 beynəlxalq iqlim diplomatiyası tarixində bir mərhələ oldu. WUF13-ə bu təcrübənin böyük təsiri olacaq”.
Həmçinin bildirilib ki, WUF13 dövrümüzün ən əhəmiyyətli problemlərindən birini həll etməyə yönəlmiş təcrübə və təkliflər mübadiləsi üçün unikal platformanı təmin edəcək.
Digər xəbərlər