NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

MM Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib

...

Milli Məclis Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını təsdiqləyib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müzakirə aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin təqdimatı əsasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi təklif olunub.

Sənəd səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Daha sonra Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi kimi Milli Məclisdə and içib. O həmçinin bu vəzifəyə təqdimatını irəli sürdüyünə görə dövlət başçısına təşəkkür edib. 

Xatırladaq ki, Xanlar Vəliyev bundan öncə hərbi prokuror kimi fəaliyyət göstərirdi. Onun səlahiyyət müddəti başa çatıb.

Nəşr edilib : 11.04.2025 12:02