Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
"Bu gün Naxçıvan Dövlət Universitetinin və Bakı Politoloqlar Birliyinin təşkilatçılığı ilə kifayət qədər mühüm, yaddaqalan tədbirlərdən biri reallaşdı. Bu tədbir həm universitetin ictimai həyatında, həm də burada iştirak edən gənclərin dünyagörüşünün formalaşmasında önəmli bir hadisəyə çevrildi".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə “Şərq qapısı”na açıqlamasında bildirib. Milli Məclisin deputatı qeyd edib ki, tədbirdə dövlət suverenliyi və milli birliyin qorunması istiqamətində atılmış addımlar, eləcə də qarşıda duran hədəflər ətrafında geniş müzakirələr aparıldı. Zəngin tariximiz və mənəvi dəyərlərimizə istinad edilərək maraqlı fikirlər səsləndirildi.
Milli Məclisin deputatı qeyd etdi ki, bu cür söhbətlər və diskussiyalar gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, onların vətəndaş mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu tarixi məqamlar bir daha göstərir ki, suverenliyimiz və milli birliyimiz xalqımızın ən böyük dəyəridir. Bu tarixi bilmək və dərk etmək hər birimizin müqəddəs borcu, vətəndaşlıq missiyasıdır. Azərbaycanın Konstitusiyasının yaranma dövrü və tarixi, milli Konstitusiyanın bu gün cəmiyyətimizdə və dövlət həyatında rolu, onun xalqımızın taleyində tutduğu yer son dərəcə əhəmiyyətlidir. Ümumiyyətlə, milli-mənəvi dəyərlər mövzusu tükənməz bir mövzudur. İnsan özünü zənginləşdirməli, milli ruhda formalaşmağa çalışmalıdır. Bu hər bir vətəndaşın həyatının əsas amallarından biri, qarşıya qoyduğu ən mühüm hədəflərdən olmalıdır. Bu baxımdan, tariximizi dərindən öyrənmək, bu günümüzü dəyərləndirmək və gələcək üçün nələr etməli olduğumuzu bilmək hər bir fərdin, gəncin və vətəndaşın borcudur.
Bu ilin Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyət daşıdığını bildirən millət vəkili qeyd etdi ki, bu il Konstitusiyamızın 30 illiyi və zəfərimizin 5 illiyi qeyd olunur. Bu gün müasir, qüdrətli və güclü Azərbaycan dövləti formalaşıb, möhkəmlənib və dünya birliyində layiqli yerini tutub. Prezident cənab İlham Əliyevin uzaqgörənliyi və rəhbərliyi ilə ölkəmiz müasir və inkişaf edən bir dövlətdir. Azərbaycan bu gün dünyanın aparıcı ölkələri ilə müqayisə oluna biləcək böyük iqtisadi gücə və siyasi nüfuza malikdir. Qısa müddət ərzində həyata keçirilən mühüm islahatlar və görülən məqsədyönlü işlər nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır.
Bir neçə gündən sonra qeyd edəcəyimiz Zəfər Gününü misilsiz bir hadisə olaraq qiymətləndirən Vüqar Rəhimzadə onu da vurğulayır ki, biz bu tarixin canlı şahidləriyik və zaman keçdikcə onun böyüklüyünü, əzəmətini daha dərindən dərk edəcəyik. Zəfər tarixi Azərbaycan dövlətçiliyi salnaməsində ən şanlı səhifələrdən biridir. Bu zəfər Azərbaycan xalqının qəhrəmanlığını, Vətən sevgisini, dövlətinə sadiqliyini və torpağa bağlılığını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz cəsarətini, qətiyyətini və peşəkarlığını sübut edərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək dövlətçiliyimizin möhkəm dayağı olduğunu göstərdi. Bu xalq qəhrəman, güclü, vətənsevər bir xalq olduğunu dünyaya sübut etdi. Hər bir Azərbaycan vətəndaşı bu gün belə qüdrətli bir dövlətin vətəndaşı olmaqdan qürur duyur.
Digər xəbərlər