Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları...
12:50 05.05.2025
0
0
0
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan xalçaçılarını peşə bayramları münasibətilə təbrik edib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Xalçaçılıq sənəti mədəni irsimizin və tariximizin dərinliyini özündə təcəssüm etdirir. Bu milli sərvətin qorunması və artırılmasına, həmçinin bədii ənənələrimizin dünya arenasında təşviqinə xüsusi diqqət yetirilir. Bütün xalça ustalarını peşə bayramları münasibətilə ürəkdən təbrik edir, onlara uğurlar və firavanlıq arzulayırıq", - M.Cabbarov yazıb.
Digər xəbərlər