NAXÇIVAN :

03 May 2026, Bazar

Məktəb direktorlarının işə qəbulunda əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir

...

Sentyabr ayınadək direktor vəzifəsi vakant olan məktəblərin sayını sıfıra endirməyi hədəfləmişik.

"Şərq qapısı" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib. O bildirib ki, direktorların işə qəbulunda əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir: “Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır. Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək”.

Nəşr edilib : 28.04.2026 12:36