İraq Prezidenti 13-cü Ümumdünya Şəhərsalma Forumun...
23:31 03.05.2026
0
0
0
NAXÇIVAN :
04 May 2026, Bazar ertəsi
1940-cı ilin sazaqlı yanvar ayının ilk günlərində Naxçıvanın qədim yurdu, dağların qeyrət qalası olan Sədərəyin o vüqarlı qoynunda açdım gözlərimi dünyaya. Mən həmin dağların qızı, qəhrəman ana Ceyran Məmmədovayam: “Bəli, təvəllüdüm ötən əsrin ortalarına dayansa da, mənim əsl ömrüm 1992-ci ilin o qanlı-qadalı günlərindən başlayır. Doğma yurdumuz, sığınacağımız olan Sədərək 1990-1993-cü illərdə düşmən atəşinin ağuşunda idi. Güllə səsləri qulağımızda uğuldayanda əlimizdə silah yox idi, amma dilimizdə dua, ürəyimizdə sarsılmaz bir Vətən sevgisi var idi. Biz qorxunu elə o günlərdə öldürmüşdük. Mənim analığım təkcə ocağımın başında bitmirdi. Mənim analığım Sədərəyin hər daşında, hər cığırında, hər səngərində idi. Dünyam isə 11 övladımdan ibarət idi. Onlara hər gün çörəkdən əvvəl Vətən sevgisini daddırırdım. Boya-başa çatana qədər hər birinin qulağına tək bir nəsihət pıçıldamışdım: “Balam, bu dağlar bizim evimizdir, biz isə onun sarsılmaz qalxanı. Bu torpağın hər qarışı sizin namusunuzdur. Nə olursa olsun, Vətəni qoruyun!”
1990-cı illərin o ağır, sınaq dolu günləri gələndə şahid oldum ki, balalarım nəsihətimi öz canlarına necə hopdurublar. Yeddi oğlumun yeddisi də təhlükəli döyüşlərin mərkəzində düşmənə sinə gərirdi. Qızlarımla birlikdə isə gah əlimdə isti yemək qazanları ilə postlara qaçır, gah da yaralılarımızın yarasını sarıyaraq dualarımla onlara sipər olurduq. Mənim üçün artıq öz canım yox, səngərdəki balalarımın nəfəsi var idi. Mən orada qalmaqla həm ana, həm də bir əsgər kimi öz andımı içmişdim.
1992-ci ilin 18 mayı. Səhərin o erkən saatlarında Sədərək yenə od içində idi. Saat düz doqquzu göstərəndə həmin an gəlib çatdı... Mənim bu dünyadakı ömür payım isə məhz o saniyələrdə Sədərəyin vüqarlı dağlarına, doğma torpağına qovuşdu. 1940-cı ilin soyuq yanvarında başlayan yolum 1992-ci ilin may səhərində müqəddəs bir şəhidlik zirvəsinə çevrildi. Əslində, mən ölmədim, o gün yenidən doğuldum – bir şəhid, sönməz bir məşəl kimi...”
Digər xəbərlər