NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Mədəniyyət müəssisələrinin əməkdaşları Bakı şəhərinə ezam edilib

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatı və tabeliyində fəaliyyət göstərən kitabxana, muzey və digər mədəniyyət müəssisələrinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin daha da artırılması, müvafiq sahə üzrə qabaqcıl təcrübənin və müasir metodların öyrənilməsi məqsədilə 6-8 may 2025-ci il tarixlərdə Bakı şəhərinə ezam olunub.
Əməkdaşlar vəzifələrinə müvafiq olaraq Milli Azərbaycan Tarix Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində təcrübə keçirlər.

Nəşr edilib : 08.05.2025 13:06