NAXÇIVAN :

30 Aprel 2025, Çərşənbə

“Mədəni-kütləvi tədbirlərin təşkilinə dair tələblər” mövzusunda seminar-müşavirə keçirilib

...

Tədbir Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin və Babək Rayon Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Mərkəzin direktoru Səyyar Məmmədov çıxış edərək bildirilib ki, klub müəssisələrinin fəaliyyət istiqamətlərindən biri də əlamətdar və tarixi günlərə, eləcə də mədəni irsimizin təbliğinə həsr olunmuş mədəni-kütləvi tədbirlərin keçirilməsindən ibarətdir. Belə tədbirlərin keçirilməsində əsas məqsəd xalqımızın mədəni irsini təbliğ etmək, tarixi və əlamətdar günlər haqqında sakinlərdə təsəvvür və yaddaş formalaşdırmaq olmalıdır.

Seminar-müşavirədə mərkəzin Mədəni-kütləvi tədbirlərin təşkili metodikası şöbəsinin müdiri Zəminə Gülməmmədovanın “Keçirilməsi nəzərdə tutulan mədəni-kütləvi tədbirlərin sənədləşdirilməsi işi haqqında” və həmin şöbənin aparıcı metodisti Əminə Məmmədovanın “Mədəni-kütləvi tədbirlərin təşkili metodikası” mövzularında çıxışları olub.
Çıxışlarda bildirilib ki, mədəni-kütləvi tədbirlərin təşkili zamanı klub müəssisəsinin məsul şəxs və ya şəxsləri tərəfindən müvafiq qaydada sənədləşdirmə işinin aparılması vacibdir. Bu həmin klub müəssisəsi əməkdaşlarının öz işlərinə məsuliyyətini artırır, həm də tədbirlərin davamlı və ardıcıl xarakter alması ilə nəticələnir. 

Mədəni-kütləvi tədbirlərin bədii hissəsinin təqdimatına yaşayış məntəqəsi sakinlərindən uşaq və yeniyetmələrin cəlb edilməsi xüsusilə arzuolunandır. Çünki bədii hissənin təqdimatında iştirak etmiş hər bir uşaq və ya yeniyetmə həmin bədii məqsədin bilavasitə daşıyıcısı olur.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

Nəşr edilib : 09.04.2025 14:13