NAXÇIVAN :

03 May 2026, Bazar

Martın bütün sosial ödənişləri qrafikdən əvvəl yekunlaşdırılacaq

...

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə fondun mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.

Nəşr edilib : 12.03.2026 14:09