"Konstitusiya və Suverenlik İli” çərçivəsində "Kon...
21:29 29.04.2025
0
0
0
NAXÇIVAN :
29 Aprel 2025, Çərşənbə axşamı
Aprelin 29-da Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayonunda “Məişət zorakılığı və ona qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova cəmiyyət üçün sözügedən mövzu haqqında fikirlərini bildirib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli, 367 nömrəli Qərarı ilə “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası” təsdiq edilib. Qərara əsasən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb. 2010-cu ildə qəbul edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun icrası çərçivəsində bir sıra normativ-hüquqi aktlar qəbul olunmuş və müvafiq qurumların, həmçinin komitənin də üzərinə tapşırıqlar qoyulmuşdur.
Dünyanın bütün ölkələrində olduğu kimi, cəmiyyətimizdə də məişət zorakılığı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni göz önünə gətirir. Ona görə də məişət zorakılığı və ya ailədə zorakılıq halları tək bir ailə üçün yox, bütövlükdə, cəmiyyət üçün təhlükəlidir. Bu baxımdan bütün vətəndaşların, xüsusilə yeniyetmə və gənclərin məişət zorakılığı hallarından qorunması istiqamətində tədbirlər həyata keçirilir. Bu mənada, xalqımızın zəngin milli-mənəvi dəyərləri gənclər arasında təbliğ edilməli, məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülməlidir. Məişət zorakılığı hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində mühüm istiqamətlərdən biridir.
Ölkəmizdə sosial sahədə dövlət siyasətinin əsas istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Ailələrin həm sosial, həm də mənəvi baxımdan güclənməsini daim nəzərə alan Ulu Öndər Heydər Əliyev ailə institutunun qorunub saxlanmasına və zənginləşməsinə, cəmiyyətdə ailənin nüfuzunun və rifah halının daha da yüksəlməsinə böyük diqqət yetirmiş, bu istiqamətdə mühüm işlər görmüşdür.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ailə institutunun möhkəmləndirilməsi və dayanıqlı ailə modelinin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. Belə ki, ölkə başçısı fərman və sərəncamlar imzalayır, bu sahədə ölkəmizdə bir sıra Dövlət proqramları qəbul edilir. Xalqımız hər zaman ailə dəyərlərini, milli adət-ənənələri uca tutub. Azərbaycan ailə modeli özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən ailədir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən, ailə institutuna zərbə vuran məsələlərdən biri erkən nikah hallarının baş verməsidir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həlledilməsi üçün ciddi normativ-hüquqi baza mövcuddur.
Artıq bu sahədə də qanunvericilik bazası formalaşmışdır. Bildiyiniz kimi, erkən nikaha, eyni zamanda qohum evliliyinə təşəbbüs göstərənlər məsuliyyətə cəlb olunurlar. Bu da ailələrimizin sağlam təməllər üzərində qurulmasında öz müsbət təsirini göstərir.
Daha sonra “Autizmli uşaqlara dəstək” İctimai Birliyinin təsisçisi, klinik psixologiya üzrə fəlsəfə doktoru, dosent doktor Ayaz Seyidli mövzu ilə bağlı məlumat verərək qeyd edib ki, hər bir cəmiyyətin inkişafı onun həssas təbəqələrinə göstərdiyi qayğı ilə ölçülür. Məişət zorakılığına məruz qalmış uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyası mühüm məsələlərdəndir. Bundan başqa, A. Seyidli “Məişət zorakılığının psixoloji təsiri”, “Psixologiyanın rolu”, “Psixoloji dəstək və terapiya” mövzularından bəhs etmişdir. Komitənin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova mövzu ətrafında təqdimatla çıxış etmişdir.
Tədbir diskussiya şəklində davam edib.
Digər xəbərlər