Dövlət Vergi Xidməti maarifləndirici bukletlər haz...
15:34 29.04.2026
0
0
0
Lökbatan qəsəbəsində baş verən partlayışda xəsarət alan Culfa sakini 10 gün sonra ölüb.
"Şərq qapısı"nın məlumatına görə, avqustun 16-da Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayış nəticəsində Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonu Əbrəqunus kəndinin sakini Tofiq Mirbağır oğlu Seyidov xəsarət almışdı.
Bədəninin 75 faizində yanıq xəsarətləri olan T.Seyidov müalicə olunduğu özəl xəstəxanaların birində 10 gün sonra həyatını itirib.
Qeyd edək ki, hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m² sahədə yanıb, partlayış nəticəsində 1 otağın pəncərə çərçivəsi yerindən çıxıb, digər otağın pəncərə şüşələri sınıb və mətbəxin əşyaları dağılı qonşu mənzildən 3 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdu.
Digər xəbərlər