Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16:29 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Naxçıvanın aparıcı sənaye müəssisələrindən biri olan Ləzzət Şirkətlər Qrupu fəaliyyətinin 30 illik yubileyini qeyd edib.
Tədbir çərçivəsində Ləzzət Şirkətlər Qrupunun rəhbər heyəti və əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər. Onlar Ulu Öndərin xatirəsini ehtiramla anaraq abidə önünə gül dəstələri qoyublar. Daha sonra kollektiv Zəfər parkını ziyarət edib, şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.
Yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Ləzzət Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Teymur Rzayev, şirkətin 30 illik fəaliyyət yoluna nəzər salaraq bildirib ki, bu illər ərzində Ləzzət Naxçıvanda və ölkənin digər bölgələrində iqtisadi fəallığın və yerli istehsalın inkişafına mühüm töhfə verib. O, qeyd edib ki, keyfiyyətli məhsul istehsalı, yeni iş yerlərinin yaradılması və sosial layihələrin həyata keçirilməsi şirkətin əsas prioritetləri olub.
Teymur Rzayev kollektivin fədakar əməyini yüksək qiymətləndirərək vurğulayıb ki, Ləzzət brendi gələcəkdə də regionun etibarlı və nüfuzlu adlarından biri kimi qalacaqdır.
Tədbirdə "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mayis Gülməmmədov çıxış edərək Ləzzət Şirkətlər Qrupunun sosial məsuliyyət daşıyan şirkətlər sırasında olduğunu qeyd edib. O, şəhid ailələrinə və qazilərə göstərilən dəstəyin təqdirəlayiq olduğunu vurğulayıb.
Şirkətin sahibkarlarından Namiq Novruzov və İshaq Yaycılı çıxışlarında Ləzzət Şirkətlər Qrupunun 30 illik fəaliyyətinin həm iqtisadi, həm də mənəvi dəyər daşıdığını bildiriblər. Onlar düzgün idarəetmə siyasətini, kollektivin fədakar fəaliyyətini və qarşılıqlı etimad mühitini şirkətin uzunmüddətli uğurlarının əsası kimi qeyd ediblər.
Tədbir çərçivəsində Ləzzət kollektivi adından şirkətin sahibkarlarına xatirə hədiyyələri təqdim olunub. Şirkətin mənəvi dəyərlərə sadiqliyinin göstəricisi olaraq "Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin rəhbərliyinə və Vətən uğrunda canından keçmiş qəhrəmanların övladlarına da xüsusi hədiyyələr təqdim edilib.
Ardınca şirkətin uzunmüddətli və səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşları plaket və təltiflərlə mükafatlandırılıb.
Tədbirin bədii hissəsində incəsənət ustalarının çıxışları, səsləndirilən mahnılar və rəqs nömrələri tədbirə xüsusi rəng qatıb.
Digər xəbərlər