NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

Leyla Əliyeva Bakı Musiqi Akademiyasında tələbə və gənclərin konsertində iştirak edib

...

Aprelin 30-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında Bakı Kamera Orkestri, BMA-nın tələbələri və “Simurq” layihəsi gənc pianoçularının konserti keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva konsert proqramını izləyiblər.
Bakı Kamera Orkestrinin bədii rəhbəri, BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və kollektivin baş dirijoru Əməkdar artist Fuad İbrahimovun iştirakı ilə keçirilən konsert maraqla qarşılanıb.
Proqramda tələbə və şagirdlər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.

Nəşr edilib : 01.05.2025 00:32