NAXÇIVAN :

03 May 2026, Bazar

Leyla Abdullayeva Fransanın yeni səfirinin dövründə Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümid bəslədiyini bildirib

...

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Sofi Laquttu Fransanın Azərbaycandakı səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, Bakı ilə Paris arasında əlaqələrin inkişafına ümidvar olduğunu bildirib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "X" hesabında yazıb.

"Hörmətli həmkarım Sofi Laquttu səmimi qəlbdən təbrik edirəm. Ümid edirəm ki, birgə səylərimiz Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək", - L.Abdullayeva vurğulayıb.

Nəşr edilib : 20.08.2025 11:28