NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Kəngərli rayonunda sahibkarlarla görüş keçirilib

...

12 sentyabr 2025-ci il tarixdə Kəngərli Rayon Mədəniyyət Sarayında “Güzəştli maliyyələşmə imkanları” mövzusunda görüş keçirilib. Tədbir Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Görüşün rəsmi hissəsində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Vüsal Novruzov, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin şöbə müdiri Səhhət Abbasov və Kəngərli Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Nuran Şahhüseynov sahibkarlara mövcud maliyyə imkanları və layihələrin dəstəklənməsi mexanizmləri barədə ətraflı məlumat veriblər.
Tədbirdə fondun əməkdaşı Xoşqədəm Rəhimli təqdimatla çıxış edib. Görüşdə iştirak edən bank nümayəndələri ünvanlanan suallara aydınlıq gətiriblər.
Yekunda isə iştirakçıların fikir və təklifləri dinlənilib, mövzu üzrə geniş müzakirələr aparılıb.

Nəşr edilib : 12.09.2025 19:03