NAXÇIVAN :

04 May 2025, Bazar

Kəngərli rayon Xok kənddaxili avtomobil yolları əsaslı təmir olunur

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Kəngərli rayon Xok kəndində Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi PHŞ-nin Naxçıvan Yol Təmir Tikinti MMC tərəfindən Xok kənddaxili avtomobil yollarında asfaltlanma işləri həyata keçirilir.

2.45 km uzunluğunda avtomobil yolunun 600 metrlik hissəsinə birinci qat asfalt verilib. Avtomobil yolunda asfaltlama və torpaq işləri davam etdirilir.

Nəşr edilib : 14.02.2025 15:35